350 min avroya yeni avtomobil aldı

Türkiyənin baxımlı serialı olan "Lale devri" filminin baş rol oyunçusu Tolgahan Sayışman yeni avtomobil alıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, yeni model "Ferrari f480 Spider" üçün 350 min avro xərcləyib.

Nəzərinizə çatdıraq ki, gənc aktyorun qarajında yeni aldığı maşından başqa "VW Tourec Jeep", "Porsche Panamera" və "Volkswagen Transporter VIP" kimi bahalı avtomobillər var.

Qeyd edək ki, Tolgahan Sayışman uşaqlıqdan "Ferrari" arzusunda olduğunu və hazırda bu istəyinə çatdığı üçün sevindiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə