Nazpəri Dostəliyevanı “ağ yuyub, qara sərdilər”

Nazpəri Dostəliyevanı “ağ yuyub, qara sərdilər”

Bəzi saytların verdiyi məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimi baş tutub."Yeni Xudafərin" şadlıq sarayında baş tutan toya ölkənin ictimai-siyasi həyatında tanınmış bir çox məhşur simalar qatılıb. Toyda tanınmış simalar arasında xalq artistləri Nazpəri Dostəliyeva və Flora Kərimova da iştirak edib.

Nazpəri Dostəliyevanın İsa Qənbərin oğlunun el şənliyinə getməsi bir çox facebook istifadəçilərinin narazıçılıqlarına səbəb olub. Nazpəri xanımı "ağ yuyub, qara səriblər". Bəziləri isə sənətçiyə haqq qazandıraraq müğənni kimi işini gördüyünü deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə