"Bitərsə bitsin"

Sevilən bəstəkar Pərviz Mahmudovun növbəti hiti eşidiləcək. "Bitərsə bitsin" adlanan yeni mahnını gənc müğənni Lamiyə Novruzova ifa edir. Mahnının sözləri Aygün İsmayılova, aranjemanı Elvin Musayevə məxsusdur. P. Mahmudov SİA-ya açıqlamasında bu kompozisiyanın L. Novruzova ilə ilk işbirlikləri olduğunu bildirdi.

Lamiyənin səsini çox bəyəndiyini əlavə edən bəstəkar "Bitərsə bitsin"in uğurlu alınacağına əmindir. Son illər bir çox hitlərə imza atan P. Mahmudov müğənnilərin ona müraciət etmələrinin səbəbini də açıqladı: "Mən gənclərlə sözünü demiş ifaçılar arasında fərq qoymuram. Gənc ifaçılarla daha çox çalışıram ki, çəkdikləri əziyyət yerdə qalmasın".

P. Mahmudov radio dalğalarında eyni səpkili mahnıların səsləndirildiyini də gizlətmədi: "Radio dalğalarından eyni səslər gəlir. Mənim mahnılarımdan o qədər qidalananlar var ki... Amma heç nə demirəm, əksinə sevnirəm ki, mən də nəsə etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə