Türkiyənin məşhur bəstəkarı Fazıl Sayaya 10 ay həbs cəzası verilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bəstəkar "dini dəyərləri təhqir" maddəsi ilə mühakimə olunub. İstanbul 19-cu sülh və cəza məhkəməsinin verdiyi qərarla razılaşmayan bəstəkar, "twitter" sosial şəbəkəsində yazdıqlarının içərisində dini təhqir etmədiyini deyib: "Dini yox, inancları vasitə kimi istifadə edib insanların hissləri ilə oynayanları tənqid etmişəm".
Qeyd edək ki, bəstəkarın sosial şəbəkədə paylaşdığı yazıların müəllifi Ömər Xəyyama məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB