Özcan Dənizin konsertində nələr baş verdi?

Özcan Dənizin konsertində nələr baş verdi?

Dünən Türkiyənin məşhur müğənnisi Özcan Dəniz Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, səbəbkardan öncə "Dövlət rəqs ansamblı" və "Natiq ritm qrupu" səhnəyə çıxıb.

Gecəni idarə etmək isə İlkin Həsəni və Afaq Gəncəliyə həvalə olunub.

Daha sonra tamaşaçıların alqışları ilə səhnəyə təşrif buyuran Özcan Dəniz paytaxtımızı bəyəndiyini və 3 il bundan öncə Azərbaycanda qonaq olduğunu deyib.

Müğənni konsert zamanı sevilən mahnıları ifa edərək tamaşaçılarla ünsiyyət qurmaq üçün zala enib. Onlarla şəkil çəkdirib.

Qeyd edək ki, konsertdə Özcan Dənizi dinləmək üçün azəri şou-biznes nümayəndələri də iştirak edib. Onlardan əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Almaz Ələsgərova, Sevda Ələkbərzadə, müğənnilər - Ruhi Əliyeva, Ayan Babakişiyeva, Samir Piriyev, Səidə Sultan, Günay İbrahimli, Elçin Cəfərov, prodüserlər - Tolik, Təranə Səmədova, teleaparıcılar Nanə Ağamalıyeva, Xədicə Sənanqızı, Günel Hümbətova və başqa tanınmış simalar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə