Yaradıcılığında yenilik var

Azərbaycanlı müğənni yaşar Yusub yeni mahnı üzərində çalışır. Mahnı "Sev de" adlanır. Bu haqda SİA-ya açıqlama verən Yaşar yeni mahnısı haqda ağızdolusu danışıb: "Yeni mahnı üzərində çalışıram. "Sev de" adlanan mahnının sözləri Nadoya, musiqisi Nurlan Təhməzli və Elnur Musatevə məxsusdur. Bu mahnını mənə təklif edəndə dinlədim və xoşuma gəldi. Mahnıya qulaq asdıqdan sonra dərhal qərar verdim ki, lentə aldırım. Sözügedən musiqi üçün uddan və skiripkadan istifadə olunub".

Qeyd edək ki, sənətçi "Yaşandı bitdi" və "Sev de" adlanan iki mahnıya klip çəkdirməyi də düşünür.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə