Azərbaycanlı müğənni Aysel Əlizadə "Ulduzlar" adlı mahnısının çəkdirdiyi klipinə təqdimat mərasimi keçirdib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ənənəsinə sadiq qalan şou-biznes əhli də iştirak edib. Onlardan əməkdar artist Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Günay İbrahimli, Fəqan, İlahə İbadova Əbdül Xalid, Vasif Məhərrəmli, Samir Priyev, prodüsserlər Tarix Əliyev (Tolik),Təranə Səmədova, rəqqasələr Aytən, Fatimə Fətəliyeva, media nümayəndələri və başqaları iştirak ediblər.
Təqdimat mərasimində maraqlı anlar yaşanıb. Səbəkar Aysel media nümayəndələrini gözlədərək intizarda saxlayıb.
Müğənni Günay İbrahimli və prodüsser Təranə Səmədova xanım Əlizadəni təbrik etmək üçün gül səbəti gətiriblər.
Nəzərinizə çatdıraq ki, "Ulduzlar" adlı klip Türkiyədə lentə alınıb. Klipin 30 min dollar dəyəri var.
Qeyd edək ki, sözügedən mahnının musiqisi İlkin Həsənə, sözləri Oqtay Kamilə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB