Azərbaycanın aktiv ifaçılarından olan müğənni Günay İbrahimli yeni klipi haqqında danışıb. O, bu klipinin fəqli olduğunu deyib. Yeni işi haqqında ağızdolusu danışan İbrahimli klipində tərəf müqavili olduğunu da xüsusilə vurğulayıb: "Yeni "Özüm də sənsən" adlanan klipim çox fərqlidir. Çünki hər zaman kliplərimdə özüm rola girib canlandırırdım. Bu dəfə isə klipdə sujet xətti var. Eyni zamanda da tərəf müqavilim var. Çalışımışam ki, sözügedən klipdə insanların şəxsi həyatlarında baş verən hadisə olsun. Odur ki, xanımlar klipi özlərinə daha da yaxın hiss edəcəklər".
Qeyd edək ki, sözügedən klipin ekran işini Nail Naiboğlu verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB