Əməkdar artistdən fərqli klip

Əməkdar artist Almaz Ələsgərova yeni klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, mahnı "Bulud yağmura aşiq" adlanır. Klip fərqli abstrakt düşüncələr üzərində qurulub. Adıçəkilən klipin rənglənməsi Türkiyədə olub.

Nəzərinizə çatdıraq ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur.

Qeyd edək ki, "Bulud yağmura aşiq" adlı klipin rejissoru Nail Naiboğlu, prodüsseri Pərviz Oqtayoğlu, operatoru Emin Hüseynov, montaj işləri ilə məşğul olan isə Elnarə Haşımovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə