Evindən qurd yağı tapıldı

Azərbaycanın əməkdar artisti Zöhrə Abdullayeva evindən qurd yağı tapdığını deyib. Telekanalların birində qonaq qismində çıxış edən Zöhrə xanım hətta gecələr yata bilmədiyini də etiraf edib: "Bəzi insanlar qurd yağına və əmələ inanmır. Amma mən inanıram. Çünki evimdən qurd yağı tapmışam. Mənzilimə qurd yağı çəkəndə gecələr yata bilmirdim. Hətta yaxınlarımla belə mübahisə edirdim. Ancaq qurd yağı sürtülmüş qıfılı tapıb, çıxardıqdan sonra işlərim qaydasına düşdü. Odur ki , belə şeylərə inanmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə