Azərbaycanlı müğənni Nadir Qafarzadə repertuarında olan "Maral" mahnısından söz açıb. Bu mahnının tamaşaçılar tərəfindən sevildiyini deyib. SİA-ya açıqlama verən N. Qafarzadə adıçəkilən mahnının bu qədər dinləniləcəyinə ümid etmədiyini etiraf edib: "İfamda olan "Maral" mahnısı tamaşaçılar tərəfindən çox sevildi. Amma mən belə bir nəticə gözləmirdim. Sözügedən musiqini qardaş ölkənin ifaçıları oxumuşdu. Lakin məndə həmin mahnını Azərbaycan dilinə çevirərək yeni arenjamanda ifa etdim. Hazırda "Maral" mahnısı repertuarımda sevilərək hər kəs tərəfindən bəyənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB