Azərbaycanın xalq artisti Flora Kərimova gitara ifaçısı əməkdar artist Rəmişi tərifləyib. Flora xanım gitara ustasının bu vaxtadək əldə etdiyi nailiyyətləri həyat yoldaşı Gülü xanıma borclu olduğunu da xüsusilə diqqətə çatdırıb. SİA-ya açıqlama verən xanım Kərimova əməkdar artistin xanımına təşəkkürlərini bildirərək qarşısında baş əydiyini dilə gətirib: "Rəmiş dövlətin sevimli və dəyərli musiqiçisidir. Buna görə də adıçəkilən şəxs həyat yoldaşı Gülüyə minnətdar olmalıdır. Çünki Rəmişin bu vaxtadək qazandığı bütün naliyyətlər və ən əsası həyatda yaşamasına tək səbəb, onu xalqa yenidən qaytaran və qoruyan həyat yoldaşıdır. Odur ki, Rəmişin həyat yoldaşı Gülü xanımın qarşısında baş əyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB