Bu gün müğənni Sevinc Ağaşirinovanın "Qatar" adlı klipinin təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ifaçını sənət dostları tək qoymayıb. Onlar arasında Emil Bədəlov, Tunar Rəhmanoğlu, Sabir, Əbdül Xalid, Aysel, Niyam Səlami və prodüsser Təranə Səmədova da iştirak edib.
Mərasim 45 dəqiqə gec başlamalı olub. Buna səbəb isə səbəbkarın sənət dostlarının tədbirə gecikməsi olub. Tıxacdan şikayətlənən Sevinc gözlədiyi həmkarlardan bir neçəsinin gəlmədiyini dilə gətirib.
Nəzərinizə çatdıraq ki, xanım Ağaşirinovanı müğənni Tunar Rəhmanoğlu və prodüsser Təranə Səmədova gül dəstəsi hədiyyə edərək təbrik ediblər.
Qeyd edək ki, "Qatar" adlı mahnının sözləri Nuranə Nura, sözləri Fərid Həsənzadəyə məxsusdur. Klipin rejissoru isə Turkaydır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB