Türkiyənin tanınmış müğənnisi Serdar Ortaçın səhhəti pisləşib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçinin temperaturu qalxıb. Onu dərhal həkim nəzarəti altına alıblar. Müğənni xəstə vəziyyətdə çəkdirdiyi fotoları "Twitter"dəki şəxsi hesabında paylaşıb. Onun hələ bir neçə gün xəstəxanada müalicə alacağı deyilir.
Qeyd edək ki, Serdar Ortaç gələn ay Bakıda konsert proqramı ilə çıxış edəcək. Sözügedən konsert mayın 25-də, "Buta Palace"da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB