Müğənni Səyyad Əlizadənin Nərimanov rayon Yusif Vəzir Çəmənzəminli 127 ünvanında yerləşən Yaradıcılıq Mərkəzində qarət hadisəsi baş verib. Bu barədə SİA-ya açıqlama verən müğənni bildirib ki, heç kimdən şübhələnmir.
"Mənə məxsus olan Yaradıcılıq Mərkəzində oğurluq hadisəsi olub. Hadisə 2 gün bundan öncə baş verib. 10 min manatdan çox ziyan vurublar. 1 ədəd videokamera, 1 ədəd noutbuk, 2 ədəd mini-disk aparatı, xarici ölkələrdə iştirak etdiyim festivallardan qazandığım qiymətli mükafatlar, eyni zamanda, seyfi sındıraraq bir neçə lazımi sənədlər aparılıb. Hazırda polis əməkdaşları tərəfindən axtarış işləri davam etdirilir. Hələlik heç bir məlumat yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB