Əməkdar artist Lalə Məmmədova həmkarı Günay İbrahimlinin "De, onun adı nədir?" mahnısına gözü düşüb. Lalə bu mahnını Günayın ifasında çox sevdiyini deyib. SİA-ya açıqlama verən əməkdar artist sözügedən mahnını Günaydan öncə ona təklif olunsaydı sevə-sevə qəbul edəcəyini etiraf edib: ""De, onun adı nədir?" musiqisi mənim çox xoşuma gəlir. Adıçəkilən mahnını müğənni Günay İbrahimlinin ifasında eşidikdə daha da sevməyə başladım. Onu da deyim ki, həmin mahnını Günaydan öncə mənə təklif etsəydilər, böyük məmnuniyyətlə qəbul edərdim. Amma Günayın hazırda "De onun adı nədir" mahnısını oxuduğuna görə heç vaxt ifa etmərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB