"Keyxanım" kimi tanıdığınız aktrisa Ülviyyə Əliyeva yenidən gəlinlik kürsüsünə əyləşəcək. Aktrisa ailə quracaq. Bu haqda SİA-ya açıqlama verən Ülviyyə ərə gedəcəyi insanla ilk tanışlığından danışıb: "Bu yaxınlarda ailə qurmağa hazırlaşıram. Ailəmdən "hə" cavabı alıblar. Yaxın vaxtlarda nişan mərasimi olacaq. Tez bir zamanda isə münasibətimizi rəsmiləşdirərək ailə quracağıq. Ərə gedəcəyim şəxs məndən fərqli olaraq heç vaxt evlənməyib. Onu da deyim ki, biz bir-birimizi 4 ildir ki, tanıyırıq. Ailəvi dotluğumuz var idi. Peşə baxımından isə özünün şəxsi obyektləri var. Bir sözlə bizneslə məşğuldur. İnşallah tez bir zamanda toyum baş tutar. Məni sevən tamaşaçılarda bunun şahidi olar".
Qeyd edək ki, aktrisa Ülviyyə Əliyeva evli olub. Daha sonra əri yaxın rəfiqəsi ilə ona xəyanət etdiyi üçün boşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB