Aygün və Röya yarışmanı uduzdular

Xalq artisti Aygün Kazımova və müğənni Röya “Türkiyə Musiqi Ödülləri” yarışmasında yer tuta bilməyiblər.
Aygün və Röya yarışmanı uduzdular

Müsabiqənin qala gecəsi aprelin 12-də baş tutacaq.

"Musiqinin keyfi" devizi altında keçiriləcək qala gecəsinə Aygün Kazımova və Röya da dəvət olunub.

19-cu dəfə keçiriləcək "Türkiyə Musiqi Ödülləri"ndə "Ən yaxşı albom" Sıla, Mustafa Ceceli, Göksəl, Ebru Gündəş, "Ən yaxşı mahnı" Göksəl "Uzakdan", Rafet El Roman "Səndən sonra", "Ən yaxşı klip" Ziynət Sali "Hər şey gözəl olacaq", Aynur Aydın "Ayrılıqlar mövsümü" və digər namizədlər yer alıb.

Müsabiqədə yer tuta bilməyən sənətçi Röya heç də pis olmadığını deyib. O, "10lar" verilişinə açıqlamasında adının orada çəkilməsindən qürur duyduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə