Pop-musiqinin kralı Maykl Ceksonun ölümündən günahlandırılan həkimi Konrad Mürrey həbsxanadan ilk müsahibəsini verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ulduza ölümcül dozada iynə vurmaqda ittiham edilən həkim, israrla günahsız olduğunu deyib: "Mən günahsızam və bunun üzərində dayanmaqda davam edirəm. Mayklın ölümündən çox təəssüflənirəm. Mənim üçün böyük itkidir. Biz çox yaxşı dost idik".
Qeyd edək ki, aprel ayının 2 Maykl Ceksonun ölüm işinin dinlənilməsi üçün hakimlərin seçimi olub. Aprelin 10-da isə hakimlər heyəti tamamilə müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB