Daha bir sənətçinin doğum günüdür

Daha bir sənətçinin doğum günüdür

Türkiyədə yaşayan müğənni İradə İbrahimova bu gün doğum gününü qeyd edir. Ailəsi tərəfindən böyük qayğı görən sənətçi, artıq gecə saatlarından təbrik yağışına tutulub. SİA-nın verdiyi məlumata görə, ilk təbrik həyat yoldaşı Ceyhun bəy və 2 yaş yarım olan qızı İpəkdən gəlib. Qızıl gülləri xanımına təqdim edən Ceyhun bəy müğənnimizə sürprizinin olacağını qeyd edib. Bu sürpriz axşam saatlarında bəlli olacaq.

Nəzərinizə çatdıraq ki, sənətçinin həyat yoldaşı valideynləri və ailə dostları ilə birlikdə əyləncə məkanlarının birində doğum günü məclisi təşkil edir. O, hədiyyəsini həmin məkanda təqdim edəcək.

"Mənim üçün ailə üzvlərimin, dostlarımın can sağlığı hər şeydən önəmlidir. Ceyhun bəy mənə dəyər verən insandır. Qarşılığını da görür. Qızım İpəyin təbriki də mənə xoş gəldi. Yuxudan oyanan kimi üzümdən öpüb, təbrik elədi. Başa düşdüm ki, ata-bala iki gün öncədən bunları planlaşdırıblar. Ana üçün bundan gözəl nə ola bilər? Fanatlarıma da təşəkkür edirəm. Sağ olsunlar. Uzaqda olduğum üçün onlarla daha çox virtual əlaqə yarada bilirəm. Bakıdan, başqa ölkələrdə yaşayan fanatlarımdan, eləcə də dostlarımdan saysız təbriklər alıram. Hər birinizə təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə