İlahə İbadova əsəbləşdi

Müğənni İlahə İbadova Türkiyənin musiqi şirkətlərindən daha çox yaradıcılıq təklifi alan sənətçilərimizdəndir. SİA-nın verdiyi məlumata görə, mahnılarının aranjeman və səslənməsinin son illər türkiyəlilərə etibar edən sənətçi əməkdaşlıq təkliflərinə ehtiyatla yanaşır. O, düşünür ki, Azərbaycandan xarici ölkələrə üz tutub, yenilik axtaran sənətçilərimizi əcnəbilər göz üstündə tutmurlar:

"Elə bilirsiz, burdan başqa ölkəyə gedib, işləmək istəyən sənətçilərimizi gözlərinin üstünə qoyacaqlar? Mən yenilik, fərqlilik etmək üçün xaricilərlə əməkdaşlığa etiraz etmirəm. Sənətim üçün yaxşı nə varsa, məhdudiyyət qoymuram. Amma türk rejissorlarının təklifinə dəfələrlə yox demişəm. Çünki onlar qədər klipdən başı çıxan, fantaziyasını kino lentə köçürməyi bacaran rejissorlarımız var. Əgər bəzi rejissorlarımız yaxşı klip çəkməyə qadirlərsə, niyə, pulu onlara yox, əcnəbilərə qazandırırıq? Yeni mahnım yazılır. Ekran həllini düşündüyüm həmin mahnını məhz yerli rejissora həvalə edəcəm. İnanıram ki, bu klip türk rejissorlarının baha qonorara çəkdiyi kliplərdən heç də geri qalmayacaq" .

İlahə İbadova ümid edir ki, mahnılarının aranjemanı və səslənməsi üçün lazım olan texniki avadanlığın imkanlarından respublika civarında bəhrələnərsə, seçimini məhz onlar üzərində dayandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə