Bu gün Autizm maarifləndirmə günüdür. SİA-nın verdiyi məlumata görə, həmçinin bu tarixdə Peşəkar Psixologiya Mərkəzinin 2 yaşı tamam olur. Bu məqsədlə Peşəkar Psixologiya Mərkəzi Park Bulvarın Planetarium zalında Autizm haqqında maariflənmə və tanınmış müğənnilərin iştirakı ilə xüsusi konsert proqramı təşkil edib.
Sözügedən mərasimə şou-biznes nümayəndələri də qatılıb. Onlardan əməkdar artist Lalə Məmmədova, müğənnilərdən Günay İbrahimli, Samira və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan əməkdar artist Lalə Məmmədova qonaqları salamlayıb. Daha sonra səhnəyə çıxan müğənnilər Günay İbrahimli və Samira uşaqlarla birgə rəqs edərək onları o ki, var əyləndirib.
Qeyd edək ki, konsert proqramı ödənişsiz olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB