Şəki televiziyasında (Kanal S) yayımlanan verilişlərin auditoriası günü-gündən genişlənir. SİA-nın verdiyi məlumata görə, yerli şou-biznes adamlarının da böyük maraq göstərdiyi bu telekanalın reytinqli verilişlərindən bir neçəsində müğənnilər Humay Qədimova və Aysel Əlizadə qonaq olublar.
Stilist Anar Ağakişiyevin "Dəbin hökmü" verilişinə ayrı-ayrılıqda qatılan iki sənətçi qadın gözəlliyindən, dəbdən danışıblar. Aysel Anarla fikirlərinin üst-üstə düşdüyünü bildirib. Növbəti verilişdə Humay dəblə necə ayaqlaşdığının sirrini bölüşüb. Səfər zamanı əməkdaşların dəvəti ilə səhər verilişinə qatılan Aysel Əlizadə canlı efirdə maraqlı ifa təqdim etməklə yanaşı, çoxlu sayda telefon bağlantısına qoşulub. Nəinki Şəki, əksər bölgələrin və paytaxt sakinlərinin maraqla izlədiyi veriliş coşqu ilə davam edib və bütün bölgələrdən, eləcə də Bakıdan qonaqlara telefon zəngləri olub. Duzlu-məzəli Şəkililərin əhval-ruhiyyəsinə köklənən sənətçilərimiz bunu tamaşaçıları ilə də bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB