Azərbaycanlı müğənni Roza Zərgərli fanatlarının ona hazırladığı sürpizə təəcüblənib. SİA-nın verdiyi məlumata görə, müğənninin prodüsseri Mehri Əliquliyeva fanatlar ilə birgə Roza Zərgərliyə Bakı restoranlarının birində sevinc dolu anlar yaşadıb.
Belə ki, fanatlar müğənnini onun ifa etdiyi, Nadir Əzimovun bəstəsi olan "Dünya" adlı mahnı ilə qarşılayıblar. Sonra tort kəsilib və fanatları müğənni ilə məhşur "Gangam style" mahnısı altında rəqs ediblər. Gecənin ən gözlənilməz anı isə Mehri Əliquliyevanın aşıq geyimində müğəniyyə təriflər yağdırması olub.
Qeyd edək ki, fanatlar Roza Zərgərliyə hədiyyələr də veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB