İki həmkar bir arada

Daima öz üzərində işləyən və dinləyicilərinə yeni ifalar təqdim edən müğənni Niyam Səlami daha bir mahnı üzərində çalışır. SİA-nın verdiyi xəbərə görə, musiqisi müğənni Ramal İsrafilova, sözləri Azər Şirinə məxsus olan "Nağıl" adlı mahnını müğənni Yaşar Cəlilovla birlikdə ifa edəcək. Niyam Səlami bu mahnını ilk öncə Azəri qızı Günellə oxumağı qərarlaşdırmışdı. Lakin bəzi səbəblərdən dueti Günellə yox, Yaşar Cəlilovla oxuyacaq. Müğənninin bildirdiyinə görə, mahnı aprel ayının ilk günlərində işıq üzü görəcək.

Qeyd edək ki, bir müddət sonra isə Niyam və Yaşar Cəlilov mahnıya klip çəkdirmək barədə də düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə