Azərbaycanlı müğənni Elvin Abdullayev facebookdakı qız fanatlarına əsəbləşib. Onun ünvanına yazılan şərhlərdən bezdiyini deyib. Şəxsi facebook səhifəsində qız pərəstişkarlarından bezdiyini deyən sənətçi sevdiyi xanımın olduğunu yazıb: "Dostluğumda olan və mənə sevgi etirafları yazan qızlara demək istəyirəm ki, həyatımda sevdiyim xanım var. Sizlərdən çox xahiş edirəm ki, mənə ağlasığmaz cümlələr yazaraq narahat etməyin. Hər birinizə hörmətim sonsuzdur. Amma gəlin qarşılıqlı hörmət edək. Onu da deyim ki, bir çox insanlar şou-biznes nümayəndələrinin adlarını pisə çıxardırlar. İndi isə icazə verin öz həyatımı qurum".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB