İki müğənni Zarina Məmmədova və Günay İbrahimli Penitensiar Xidmətin tərbiyə müəssisəsində konsert proqramı ilə çıxış ediblər. SİA-nın verdiyi xəbərə görə, şair Cəlal Qurbanovun təşəbbüsü ilə uşaq koloniyasına yollanan gənc müğənnilər onları Novruz bayramı münasibəti ilə təbrik ediblər.
Müəssisədə əsl şou nümayiş etdirən xanımlar məşhur mahnılarını ifa edərək müxtəlif təamlarla onları sevindiriblər.
Ən maraqlı məqamlardan biri Günay İbrahimlinin məşhur "Gangnam style" mahnısını yeni üslübda ifa etməsi olub. Günaya qoşulan Zarina uşaqları rəqsə dəvət edib az qala bütün dünyanın əzbər bildiyi rəqsi nümayiş etdiriblər.
Müəssisə sakinləri istədikləri mahnıları sifariş verib, müğənnilərlə birgə ifa ediblər. Ən həssas məqam isə məhkum Amilin Zarina ilə birgə duet oxuması olub. Türk ifaçısı Ümid Sayınlar Zarinanın birgə ifasında səslənən "Kader utansın" mahnısını çox sevən Amil özü də müğənniylə birgə oxuyub.
Sonda Günayla Zarina birgə duet də səsləndiriblər.
Mərasimdə baş verən ən maraqlı anları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB