Azərbaycanlı müğənni nə işlərlə məşğuldur?

Azərbaycanlı müğənni nə işlərlə məşğuldur?

Ötən həftədən Türkiyədən Moskvaya, ailəsinin yanına qayıdıb, milli bayramımızı əzizləri ilə qeyd edən müğənni Rəqsanə İsmayılova aprelin 1-i yenidən gəldiyi ölkəyə üz tutur. SİA-nın verdiyi xəbərə görə, sənətçi albom hazırlıqlarını oradakı səs yazma studiyasında həyata keçirir. Amma qayıdışının səbəbi tək bu hazırlığı tamamlamaq deyil. Xəbər verdiyimiz kimi, Rəqsanə xanım növbəti plastik əməliyyata qərar verib. Türkiyəli həkimlərə müraciət edən sənətçi, hələ də əməliyyat barəsində geniş danışmır.

Öyrənə bildiyimiz xəbər sənətçi xanımın yaradıcılığındakı növbəti yenilikdir. Belə ki, kiçik plastik müdaxilədən sonra aprelin 7-də Moskvaya qayıdacaq R.İsmayılova "Bu şəhərdə"nin heyətinin dəvəti ilə Moskvada keçiriləcək konsert proqramını izləyəcək. Sonra vaxt itirmədən, yenidən Türkiyəyə qayıdıb, böyük heyətlə Hindistana səfər edəcək. Türkiyəli rejissor və onun komandası Rəqsanə xanımın klipini həmin dövlətdə çəkmək üçün birlikdə yola düşəcəklər.

Müğənni bu barədə hələ geniş danışmasa da, rejissorun ideyasını bəyəndiyini və ona etibar etdiyini bildirib. Bunun ardınca müğənni albomunu tamamlayıb, klipi ilə birlikdə təqdimata çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə