Sənətçi kimlə eşq macərası yaşayır?

Türk müğənnisi Hadisə məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun ad günündə səhnəyə çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ən çox konsert verən və özəl gecələrdə səhnə alan sənətçilərin siyahısına başçılıq edən Hadisə, 45 yaşına girən Mənsimovun yalnız yaxın dostları üçün düzənlədiyi gecədə qonaqları əyləndirib. "Palmali" şirkətlər qrupunun sahibi doğum günü ziyafətini Bodrumdakı "Hilton" otelində təşkil edib və media mənsubları içəri buraxılmayıblar.

Hadisə adının azərbaycanlı milyarderin sevgilisi kimi çəkilməsinə etiraz edib: "Onu yaxşı tanıyıram və otelinin açılışda da səhnəyə çıxmışdım. Təbii ki, danışırıq, söhbətləşirik. Lakin hər danışdığım adamla sevgi münasibətimin olduğunu iddia etməyin anlamı yoxdur. Tarkan barədə də "Çox yaraşıqlıdır" dedim. Onunla da eşq yaşadığımı dedilər. Əgər aramızda münasibət olarsa, əmin olun ki, gizlətmərəm. Çünki subayam".

Bütün xəbərlər Facebook səhifəmizdə