Redaksiyamızla əlaqə saxlayan Moskvada yaşayan Ümumrusiya Azərbaycanlılar konqresinin sədri Mirəşrəf Fətiyev şok faktlar söyləyib. SİA-ya açıqlama verən sədr bunları deyib: "2007-ci ildə İlhamə Quliyeva guya evini təmir etdirmək adı ilə məndən 35 min ABŞ dollar aldı. Bu günə kimi müxtəlif bəhanələrlə həmin pulları qaytarmaqdan boyun qaçırır. İlhamə Quliyeva təxminən beş il bundan əvvəl Moskvada olarkən maddi vəziyyətinin ağır olduğundan öz mənzilini təmir etdirə bilmədiyini demişdi. Mən də azərbaycanlı kimi onun xahişi ilə 35 min ABŞ dolları borc verdim. İlhamə bildirdi ki, bir iki ay ərzində həmin pulu qaytaracaq. Həmin müddət keçdikdən sonra İlhamə əvvəlcə anasının xəstə olmasını, sonra isə onun vəfat etməsini bəhanə gətirərək borc aldığı pulları qaytarmadı. Mən də bəhanələrinə inandığım üçün ilk vaxtlar onu tələsdirmirdim. Bir müddət sonra bunların bir bəhanə olduğunu başa düşdüm. Çünki, İlhamə bir ildən sonra mənim telefon zənglərimə cavab verməkdən və mənimlə görüşlərdən yayınırdı. Oxucularınızın nəzərinə çatdırıram ki, mən dövlətimizin və xalqımızın yolunda milyonlar da xərcləməyə hazıram və buna qadirəm. Ancaq xalq artisti adını daşıyan bir şəxsin belə hərəkətlərini heç vaxt bağışlamaram. Qeyd edim ki, bu məsələnin qanuni yolla həlli üçün yaxın vaxtlarda Azərbaycana gələrək məhkəməyə müraciət edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB