"Eurovision 2012" mahnı müsabiqәsinin iştirakçısı Sәbinә Babayevanın uzun zamandır gözlәnilәn mahnısının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, gecəni idarə etmək isə aparıcı və şoumen Murad Dadaşovun öhdəsinə düşüb.

Təqdimat mərasimini giriş sözü ilə açan tәşkilatçı "Sky Group" şirkətinin nümayəndəsi hər kəsi salamlayıb.

Daha sonra tədbirdə söz alan səbəbkar yeni işi haqqında ağızdolusu danışıb: " "Oceans away" mahnısına görə, Eminə minnәtdaram. Bu mәnim üçün böyük hədiyyədir. "Eurovision 2012" müsabiqәsi zamanı ifa etdiyim "When the music dies" mahnısından sonra pәrәstişkarlar mәndәn daha da keyfiyyәtli parçalar gözləyirdi. Özüm dә beynәlxalq səviyyəli mahnı ifa etmәk istəyirdim. "Oceans away" mahnısı keyfiyyәtin, müsiqinin vә emosiyanın vəhdәtini təşkil edir. Mahnının müәlliflərinә Eminə və Rob Devisә dәrin tәşәkkürlərimi bildirirәm. Onlarla əmәkdaşlıq etmәk çox xoşdur".

Nəzərinizə çatdıraq ki, gecənin davamında Səbinə Babayeva mini konsertlə çıxış edib. Konsert proqramında həmçinin Azәrbaycan estradasının ulduzları da öz ifalarını səsləndiriblər.

Qeyd edək ki, sözügedən mahnının yazılmasında hәmçinin məhşur azәrbaycanlı reper AİD-də əməyi var. "Oceans away" diski üçün fotosessiyanı Xәlil Zeynalov çəkib. Diskin dizaynının müәllifi isә Nicat Fәrəcova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə