Məhşur pianoçunun konserti baş tutdu

Məhşur pianoçunun konserti baş tutdu
Heydər Əliyev sarayında pianoçu Keiko Matsui çıxış edib. SİA-nın verdiyi xəbərə görə, tədbirin açılışını Azərbaycanın xalq artisti, opera müğənnisi Hüseynqulu Sarabskinin nəticəsi pianoçu İsfar Sarabski edib. O, öz repertuarından mahnılarından birini səsləndirərək gecəyə təşrif buyuran qonaqları valeh edib. Daha sonra alqışlarla səhnəyə daxil olan səbəbkar məhşur pianoçu Keiko Matsui ifasını səsləndirərək tamaşaçılara maraqlı anlar yaşadıb. Qeyd edək ki, Keiko Matsuinin gecəsinə qatılan hər kəs konsertdən razı qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə