Xalq artisti, professor Azər Zeynalovun "Vokal ifaçılığı" kitabı çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 və klassik opera-vokal sənətimizin 105 illik yubileyinə həsr olunub. Xalq artistinin kitabı Təhsil Nazirliyinin müvafiq əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilib. Bundan sonra müğənninin müəllifi olduğu kitabdan gənc ifaçılar dərslik kimi istifadə edəcəklər.
Nəzərinizə çatdıraq ki, kitabın redaktoru Kamilə Dadaşzadə, rəyçilər Elmira Quliyeva, Məryəm Əlizadə, Ramiz Mirişli, Gülbacı İmanova, Qərinə Kərimovadır.
Qeyd edək ki, ara-sıra sənətində fasilələr yaransa da, xalq artisti Azər Zeynalov yaxınlarda bir neçə böyük layihə ilə musiqisevərlərini sevindirməyi düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB