Şou-biznesin sakit və zarafatçıl ifaçısı Emil Bədəlov şəxsi həyatından danışıb. O, evləndikdən sonra heç vaxt həyat yoldaşına xəyanət etmədiyini dilə gətirib. SİA-ya açıqlama verən Emil xanımından razı olduğunu xüsusilə diqqətə çatdırıb: "Evləndikdən sonra həyat yoldaşıma xəyanət etməmişəm. Buna səbəb isə ondan çox razı olmağımdır. Onu da deyim ki, bəzi qız pərəsitişkarlarım mənimlə şəkil çəkdirəndə qısqanmır. Çünki özü də musiqiçi ailəsində dünyaya gəlib. Məni çox yaxşı başa düşür. Qeyd edim ki, ətrafımda bir çox qızlar olub ki, onlarla əlaqə qurmağımı istəyiblər. Lakin mən onların bu istəklərini həyata keçirməmişəm".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB