Lider TV-də yayımlanan "Klip Parad" verilişi bu həftədən etibarən yeni aparıcı ilə yayımlanacaq. Bu barədə SİA-ya layihənin rəhbəri və rejissor Nail Naiboğlu məlumat verib: "Sözügedən verilişin aparıcısında dəyişiklik oldu. Gənc aktyor Elşad Süleymanı seçdik. Bu həftə qonaq isə müğənni Nigar Camal olacaq. Nigar efir zamanı maraqlı məqamlara toxunacaq. O, Londana gedən zaman hər dəfə özü ilə nə götürdüyünü də deyəcək. O, hətta "Klip parad" verilişində həmkarlarından Dima Bilanla və Eldar Qasımovla olduğu münasibətdən də söz açacaq".
Nəzərinizə çatdıraq ki, Lider TV-də yayımlanan " Klip parad" verilişinin layihə rəhbəri Nail Naiboğlu, prodüsseri Pərviz Oqtayoğludur.
Qeyd edək ki, adıçəkilən veriliş mart ayının 29, saat 16:45-də yayımlanacaq. "Klip parad" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB