Oradio.az və Order.az sayıtların yenilənməsi ilə bağlı və Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə sözügedən saytların rəhbəri Vaqif Hüseynov, aparıcılar Eltun və Lalə, müğənnilərdən Yaşar Cəlilov, Əbdül Xalid, Emil Bədəlov, Elgün, skripkaçı və müğənni Səlim, media nümayəndələri və başqaları çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan aparıcılar Lalə və Eltun hər kəsi salamlayaraq saytlarında yeni yayımlanacaq verişləri haqqında məlumat verib.
Daha sonra səhnəyə buyuran müğənnilər Emil Bədəlov, Elgün, Əbdül Xalid, Yaşar Cəlilov mahnılarını səsləndirərək gecəyə təşrif buyuran hər kəsə maraqlı anlar yaşadıblar.
Skripkaçı və müğənni Səlim daha çox dinlənilən "Gamgam style" musiqisini səsləndirərək zalda oturanları rəqs etməyə dəvət edib. Qonaqları cuşa gətirən Səlim özü də onlarla birgə rəqs edib.
Qeyd edək ki, mərasim maraqlı anlarla yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB