Ləzgi rəqs qrupu ad gününü qeyd etdi

Ləzgi rəqs qrupu ad gününü qeyd etdi

Baharın gəlişi ilə əlaqədar "Cigitlər" ləzgi rəqs qrupu "Ləzgisayağı bahar sevincləri" adlı konsert təşkil edilib. Qruplarının həm də 7 illik fəaliyyətinə həsr olunmuş bu konsertdə rəqs nömrələri də nümayiş etdirilib. Milli bayram olan Novruz sevincini "Cigitlər"lə bahəm "Qayı bulaq", "Şahnabat", "Suvar" və başqa ləzgi rəqs qrupları da bölüşüb.

Qeyd edək ki, sözügedən gecəyə təşrif buyuran hər kəs milli ləzgi təamlarını dadaraq əyləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə