Şou-biznesin “İlaxır” çərşənbəsi SORĞU

"İlaxır" çərşənbəni şou-biznes nümayəndələrinin harda keçirmələri ilə bağlı sorğu keçirdik. Sorğumuzda iştirak edən sənətçilər bayramı harada və kimlərlə qeyd edəcəklərini söylədilər. Eyni zamanda azərbaycanlıları təbrik etməyi də unutmadılar. Həmin sorğunu SİA oxucularına təqdim edirik:

Günay İbrahimli: Bayramda çəkilişlərdə olacam. Ailəmlə belə birgə vaxt keçirə bilməyəcəm. Bu bayram münasibəti ilə bütün azərbaycanlıları təbrik edirəm. Bu il xalqımız üçün bərəkətli olsun. Dövlətimizin bayrağı yüksəklərdə dalğalansın. Hər zaman mehribançılıq və xoşbəxtçilik olsun. Küsülülər barışsın. Sevənlər isə qovuşsun".

Stilist Samiraldo: "Bayramı evimdə keçirəcəm. Hər kəsi təbrik edib xoş günlər arzu edirəm. Allah hər zaman köməyimiz olsun".

Sevinc Ağaşirinova: " "İlaxır" çərşənbəni ailəmlə birgə keçirəcəm. Bu çərşənbə bayramı münasibətilə xalqımızı təbrik edirəm. Firəvan həyat arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə