Teleaparıcı İlkin Həsəninin müğənni Əli Mirəliyev ilə sosial şəbəkədə maraqlı şəkli yayılıb. Bu şəkil facebook sosial şəbəkəsində müzakirəsiz ötüşməyib. Fotodan da göründüyü kimi aparıcı Əli Mirəliyevin başının üstündən barmaq tutub. Sosial şəbəkədə oxucuların bəzisi aparıcının bu hərəkətinə görə onu tənqid edib, bir qismi isə ona haqq qazandırıb.
Məsələ ilə bağlı İlkin münasibət bildirib: "Bir neçə saat bundan öncə müğənni Əli Mirəliyevlə bağlı şəkil paylaşmışam. Amma deyim ki, həmin foto təsadüf nəticəsində belə alınıb. Bu şəkil üçün hər kəsdən üzr istəyirəm. Elə bildim gülməli alınacaq, amma tərbiyyəsizlik kimi çıxdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB