Konsert belə keçib

Azure ticarət və əyləncə mərkəzində məşhur müğənni Nura Surinin solo konserti keçirilib. SİA-nın verdiyi məlumatına görə, Novruz bayramına həsr olunan konsertdə çıxış edən yeganə müğənni Nura Suri pərəstişkarlarına ən sevilən mahnılarını təqdim edib.Girişi sərbəst olan konsertə toplanan tamaşaçılar müğənninin çıxışını alqışlarla izləyiblər. Onlar Nura ilə birgə oxuyub, rəqs ediblər. Uşaqları başına toplayan müğənni balacaları səhnəyə dəvət edib və hər biri ilə ayrılıqda tanış olub. Elvin Mərdanovun aparıcılığı ilə baş tutan konsertdə müxtəlif viktorinalar da təşkil edilib. Qonaqlar verilən sualları cavablandıraraq hədiyyələr qazanıblar. Sonda konsert izləyiciləri Nura ilə şəkil çəkdirmək üçün növbəyə düzülüblər.

Mərasimdə baş verən ən maraqlı anları isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə