Azərbaycanın xalq artisti Abbas Bağırov yenidən evlənmək fikrinə düşüb. O, telekanalların birində hətta toyuna dəvət edəcəyi həmkarlarının adını da açıqlayıb: "Toyumda şou-biznes nümayəndələrindən bir çoxları iştirak edəcək. Təşrif buyuran sənət dostlarım arasında müğənnilərdən Zamiq Hüseynov, Ayaz Qasımov, Sevda Yahyayeva, Emil Bədəlov, Xəyyam Nisanov, Elton Hüseynəliyev olacaq. Adlarını sadaladığım insanlar el şənliklərini yaxşı aparırlar, ona görə də hamısı dəvətlidirlər. Onu da deyim ki, xoş günümdə xalq artisti Brilyant Dadaşova da qonaq qismində iştirak edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB