İki xalq artisti barışdı?

Azərbaycanlı prodüsser Tolik (Tarix Əliyev) iki xalq artistinin, İlhamə Quliyeva və Nazpəri Dostəliyevanın barışdığını iddia edib. Tolik bu haqda şəxsi facebook səhifəsində yazıb: "Restoranların birində İlhamə xanım, oğlu və mətbuat katibi Faiqlə bir yerdə idik. Özüm şahidi oldum ki, İlhamə xanımla Nazpəri Dostəliyeva telefonla danışdılar və barışdılar. Hətta İlhamə xanım söylədi ki, mart ayının 24-də anası Tükəzban İsmayılovanın ölüm günü münasibətilə keçiriləcək anım tədbirinə Nazpəri Dostəliyeva da qatılacaq. Eyni zamanda oğlu Orxanın toyunda da Nazpəri Dostəliyevanın iştirak edəcəyi gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə