Ötən aydan Türkiyəyə yerləşib, albom hazırlıqlarını tamamalamaq üçün çalışan müğənni Rəqsanə İsmayılovadan daha bir yaradıcılıq xəbəri var. SİA-nın verdiyi xəbərə görə, sənətçi Novruz bayramı ərəfəsində Moskvada geniş konsert proqramı ilə çıxış edəcək. Hazırda məşqlərini Türkiyədə aparan sənətçi repertuara yeni və məhşur mahnıların daxil edib.

Rəqsanə konsertdən sonra Türkiyəyə qayıdacaq, orada növbəti plastik əməliyyata girəcək. Müğənni 8 saat davam edəcək əməliyyatın hansı nahiyyədə aparılacağını söyləmək istəmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə