Müğənni Elit-star Cəmilə daha bir maraqlı fotosessiyaya imza atıb. SİA-nın verdiyi xəbərə görə, bu dəfə o, şou-biznes yazarı Elşad Ümidlə birgə səmimi pozlar verib. Maraqlıdır ki, şəkillərə nəzər yetirəndə onların sevgili olduqları düşünülür. Məsələ ilə bağlı yeni "cütlüyün" fikrini öyrənməyə çalışdıq. Cəmilə bayram çəkilişində olduğundan danışa bilmədiyini dedi.
Suallarımıza E.Ümid cavablandırmaq məcburiyyətində qaldı: "Cəmilə xanım 2 ay öncə məhəbbətdən bəhs edən yeni mahnısına klip çəkdirmək istəyirdi. O, mənim facebookdakı şəkillərimi görüb, çox bəyəndiyini bildirdi və mənə klipində sevgilisi rolunda çəkilməyi təklif etdi. İmtina etmədim və biz sınaq üçün fotosessiya etdik. Deyilənə görə, uğurlu alınıb. Amma müəyyən səbəblərdən, klip çəkilişləri bir müddətliyinə təxirə salınıb. Bundan sonra Cəmilə xanımla daha bir maraqlı sürprizimiz olacaq. Yaxın vaxtlarda, ondan da hamının xəbəri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB