Əməkdar artist Abbas Bağırov verilişlərin birinə qatılaraq iştirakçı Kənan Cəfərova söz verib. SİA-nın verdiyi xəbərə görə, müğənni iştirakçıya qarmon hədiyyə edəcəyini deyib. Abbas verdiyi sözü tutaraq Kənana qarmon hədiyyə edib: "Bu qarmon Kənan üçün düşərli olsun. Ona uğurlu gələcək arzu edirəm".
Qeyd edək ki, əməkdar artistin iştirakçı Kənana hədiyyə etdiyi qarmon Xanlar Cəfərov, Ənvər Sadıqov, Aftandil İsrafilov kimi böyük sənətkarların bəyəndiyi və dəyər verdikləri qarmondur.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB