“Azərbaycan günü-gündən inkişaf edir”

“Azərbaycan günü-gündən inkişaf edir”

Bu gün pianoçu və cazz ustası Keyko Matsunin mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans zamanı Keyko yerli mətbuat nümayəndələrinin suallarını cavablandıraraq Bakıda keçiriləcək konserti haqda ətraflı məlumat verib. Konfrans zamanı o, yaradıcılığı haqqında və Bakı üçün təssürratlarını bölüşüb: "Bura gəlməmişdən öncə Bakı tamaşaçılarının ismarıclarını alırdım. Onlar məni Azərbaycanda görmək istədiklərini deyirdilər. Nəhayət ki, yenidən bura gəldim. Onu da deyim ki, Bakıya 3-cü dəfədir. 25 illik fəaliyyətimdə tura çıxacam. Birinci Yaponiyada sonra isə Belarusiyada çıxış edəcəm. Nəzərinizə çatdırım ki, qrup üzvlərini də Azərbaycana gətirmişəm. Bakıda 2 gün konsert verəcəm. Çıxışımdan əvvəlki albomumdan olan mahnıları ifa edəcəm. Xüsusilə qeyd edim ki, musiqilərimin çoxunu xərçəng xəstəliyindən əziyyət çəkən insanlara həsr etmişəm. Onu da xüsusilə qeyd edim ki, Bakı gözəl şəhərdir. Gecələri və gündüzləri maraqlı olur. Digər ölkələr arasında Azərbaycan günü-gündən inkişafı ilə xüsusi seçilir".

Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ətrafında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə