Ailəsi ilə birgə harada yaxalandı?

Ailəsi ilə birgə harada yaxalandı?

Xalq artisti İlhamə Quliyeva məkanların birində oğlu və gələcək gəlini ilə görüntülənib. Bu haqda telekanallara danışan xalq artisti oğlu Orxan və onun nişanlısı Arifənin bir-birlərini çox sevdiklərini deyib: "Gəlinimi ilk gördüyüm andan çox bəyəndim. Biz tez anlaşdıq, dil tapdıq. Oğlum onu çox sevir. Oğlumu istəyən gəlini mən istəməyə bilmərəm. Mənə elə gəlir ki, gəlinimə qayınana yox, ana olacağam. Onlara demişəm ki, 5 övlad dünyaya gətirsinlər. Çünki çoxlu nəvə istəyirəm".

Qeyd edək ki, Orxanla Arifənin xeyir işinə primadonnanın qohumları, seçmə dostları dəvət olunacaq. Apreldə olacaq toyun tarixi yaxın günlərdə dəqiqləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə