Nura Suri pulsuz konsert verəcək

16 mart tarixində saat 19:00-da Azure ticarət və əyləncə mərkəzində məşhur müğənni Nura Surinin solo konserti keçiriləcək. Müğənninin mətbuat katibinin verdiyi məlumata görə, konsertə giriş sərbəstdir.

Novruz bayramına həsr olunan konsertə çıxış edəcək yeganə müğənni Nura Suri olacaq: "Bir saatlıq çıxışım nəzərdə tutulub. İkinci və üçüncü solo albomundan səslənəcək mahnıların tamaşaçıların da könlünə oxşayacağına ümid edirəm. Məndən öncə isə instrumental musiqi qrupunun çıxışı nəzərdə tutulur".

Onu da qeyd edək ki, Nura Surinin bu konserti adıçəkilən ticarət mərkəzinin təşəbbüsü ilə həyata keçəçək: "Bilet alamağa ehtiyac yoxdur. Bütün ürəyi istəyən şəxslər gəlib əylənə bilərlər. Bu da Novruz öncəsi sizə hədiyyəm olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə