Bu gün "Leyli və Məcnun" filminin mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə kino bəstəkarı Siyavuş Kərimi, xalq artistlərindən Aygün Bayramova və Məsum İbrahimov, media nümayəndələri və başqaları iştirak edib.
Mərasimi giriş sözü ilə açan kino bəstəkarı Siyavuş Kərimi mərasim haqqında məlumat verib: " "Leyli və Məcnun" operasını yenidən gündəmə gətirmək çox yaxşı hadisədir. Çünki Üzeyir Hacıbəyov kimi dahi insanın yaratdığı gözəlliyə biganə qalmaq olmaz. Sözügedən film 50 dəqiqəlik lentə alınıb. Çəkilişlər isə "Buta saray"da və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında həyata keçirilib. Baş rollarda isə xalq artistlərimizdən Aygün Bayramova və Məsum İbrahimov ifa edib. Onu da nəzərinizə çatdırım ki, "Leyli və Məcnun" filminin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur".
Mətbuat konfransı zamanı söz alan xalq artisti və "Leyli və Məcnun" operasında Leyli obrazının ifaçısı Aygün Bayromova canlandırdığı obrazı sevə-sevə etdiyini dilə gətirib: " Sözügedən obraz hər zaman aktual olub. Orada səslənən mahnını dəfələrlə ifa etsəm də hər zaman həyəcanlı oluram. Onu da deyim ki, tərəf müqabilim və həmkarım xalq artisti Məsum İbrahimovdan çox razıyam. Onunla eyni səhnəni paylaşmaq mənim üçün fəxrdir".
Daha sonra tədbirdə çıxış edən xalq artisti və " Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı Məsum İbrahimov bu operanın yaradıcılığında böyük rolu olduğunu etiraf edib: " Adıçəkilən filmin iş həyatımda çox böyük rolu var. Bu operayla bir çox insanların sevgisini qazanmışam. Qeyd edim ki, 50 dəqiqəlik filmin montaj işləri Moskvada aparılacaq".
Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB