Dünyaca məhşur müğənni Ledi Qaqa ənənəsinə sadiq qalaraq bu dəfə də insanları təəccübləndirməyi bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o qısa zaman ərzində ayaqlarını əməliyyat etdirib. Buna görə də o, özünə əlil arabası alıb. İfaçı keçirdiyi əməliyyatla bağlı bir müddət əlil arabasından istifadə etməli olacaq.
Nəzərinizə çatdıraq ki, 27 yaşlı ulduzun arabası heç də adi arabalara bənzəmir. Belə ki, araba 24 əyarlı qızılla üzlənib. Ledi Qaqa arabasına ad belə qoyub. Əlil arabası "The Chariot" adlanır. Onun yeni "taxtının" adı qədim döyüş arabalarından götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB